Litva yığması Lixtenşteyndə qələbə qazandı
UEFA Millətlər Liqasında mübarizəyə start verilib.
Sportify.az-ın məlumatına görə, D Liqasının 2-ci qrupunda Azərbaycan millisinin rəqibləri Lixtenşteyn və Litva yığmaları üz-üzə gəlib.
Vaduts şəhərindəki “Raynpark” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
Hesabı 53-cü dəqiqədə Lukas Mixelbrink açıb. 66-cı dəqiqədə isə Artur Doljnikov yekun nəticəni müəyyənləşdirib.
Hər iki qol litvalı futbolçuların fərdi ustalıqları sayəsində vurulub.
Qeyd edək ki, qrupda növbəti görüş sentyabrın 27-də Kaunasda Litva və Azərbaycan yığmaları arasında olacaq. “Dariaus ir Gireno” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.