"Liverpul" "Çelsi"ni belə keçdi VİDEO
İngiltərə Liqa Kubokunun 2026/2027 mövsümünün 1/8 finalında “Liverpul” və “Çelsi” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Liverpul” 6:5 hesabı ilə qalib gəlib.
“Çelsi” 40-cı dəqiqədə Morqan Rocersin penaltidən vurduğu qolla hesabı açıb. Üç dəqiqə sonra Kodi Qakpo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün komandalar penaltilər seriyasına üz tutublar. Burada daha dəqiq oynayan “Liverpul” 6:5 hesabı ilə qələbə qazanaraq turnirin 1/4 finalına yüksəlib.
Liqa Kubokunun 1/4 final oyunları dekabrın 14-dən başlayan həftə ərzində keçiriləcək. Turnirin hazırkı qalibi “Mançester Siti”dir. “Şəhərlilər” ötən mövsüm finalda “Arsenal”ı 2:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıblar.
Liqa Kubokunu ən çox qazanan komandalar isə “Liverpul” (10), “Mançester Siti” (9) və “Mançester Yunayted”dir (6).


No Comment! Be the first one.