Lixtenşteyn millisinin futbolçusu: Azərbaycanla oyuna hazırıq
“Özümü çox yaxşı hiss edirəm. Azərbaycana səfərimizi yaxşı keçirdik. Bundan əvvəlki günlərdə də vaxtımızı yaxşı keçirmişik. Hazırda hamımız özümüzü çox yaxşı və fiziki cəhətdən hazırlıqlı hiss edirik. Sabah Azərbaycanla oyuna hazırıq”.
Sportify.az xəbər verir ki, bunu Lixtenşteyn millisinin futbolçusu Alesio Hasler Millətlər Liqasının D divizionunda Azərbaycan yığmasına qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
İsveçrənin “Çellenc Liqa”sında oynayan futbolçu komanda yoldaşlarının daha aşağı liqalarda çıxış etməsinə də münasibət bildirib: “İndiyədək yalnız müsbət rəylər almışam. Komandamızda yaxşı heyət və yaxşı fizioterapevtlər var. Onlar bərpamıza diqqət yetirir və hamımızın oyun üçün hazırlıqlı olmasına çalışırlar”.
21 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin yaxşı təhlil edildiyini də söyləyib: “Biz hər rəqibi çox diqqətlə təhlil edir, onların güclü və zəif tərəflərinə baxırıq. Düşünürəm ki, Azərbaycana qarşı oyuna yaxşı hazırlaşmışıq və qarşımızdakı vəzifənin öhdəsindən gəlməyə hazırıq”.



No Comment! Be the first one.