Məşhur MMA döyüşçüləri dalaşdılar
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov və onun komandası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Mütləq Döyüş Çempionatının (UFC) ən yüngül çəki dərəcəsində keçmiş çempionu, gürcüstanlı Merab Dvalişviliyə hücum edib.
Sportify.az xəbər verir ki, bu barədə Dvalişvili özü “Instagram” hesabında məlumat verib.
Məlumat yayımlanan ana qədər davanın bütün iştirakçılarının saxlanıldığı, polisin Nurməhəmmədovu dindirdiyi bildirilir. BƏƏ qanunlarına əsasən, onu bir ilə qədər azadlıqdan məhrumetmə cəzası və ya təxminən 2700 dollar məbləğində cərimə gözləyə bilər.
İdman nəşrinin məlumatına görə, dava otellərdən birinin foyesində baş verib. Dvalişvili BƏƏ-yə “Real American Freestyle” (RAF) güləş turnirində çıxış etmək üçün gəlibmiş.
Dvalişvili “Instagram”da bildirib ki, Usman Nurməhəmmədov “öz dostları ilə” arxadan yaxınlaşaraq onu və dostunu döyməyə başlayıb: “Mühafizəçilər məni tutub saxlayırdı, onlar isə yerə yıxıldığımız halda, uğursuz adamlar kimi bizi təpikləməyə davam edirdilər”, – deyə gürcüstanlı döyüşçü vurğulayıb.


No Comment! Be the first one.