Məşhur güləşçi vəfat etdi
Rinqdə “Pac” adı ilə çıxış edən güləşçi Benjamin Satterli 40 yaşında vəfat edib.
Sportify.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi “All Elite Wrestling” (AEW) promouşeni məlumat yayıb.
Restlerin ölüm səbəbi açıqlanmayıb.
Məlumata görə, Satterli ölümündən bir gün əvvəl AEW-nin ABŞ-ın Çikaqo şəhərində keçirilən şousunda iştirak edib.
“Benjamen Satterlinin vəfatını böyük kədər hissi ilə bildiririk. O, innovativ tullanma fəndləri və rinqdəki yüksək ustalığı ilə pərəstişkarlarını heyran edirdi. Onun ailəsinə, dostlarına və bütün azarkeşlərinə dərin hüznlə başsağlığı veririk”, – deyə AEW-nin açıqlamasında bildirilib.
Benjamen Satterli peşəkar restler karyerasına 2004-cü ildə başlayıb. O, karyerası ərzində AEW-də bir neçə dəfə çempion titulunu qazanıb.
Satterli həmçinin dünyanın aparıcı restlinq təşkilatlarından olan “World Wrestling Entertainment” (WWE), “New Japan Pro-Wrestling” (NJPW) və Meksikanın “Consejo Mundial de Lucha Libre” (CMLL) şirkətlərində çıxış edib.


No Comment! Be the first one.