"Mançester Siti"dən yarım milyarlıq transfer
İngiltərənin “Mançester Siti” klubu bu yay transfer bazarında 500 milyon avrodan çox vəsait xərcləyərək heyətini əsaslı şəkildə yeniləyib.
Sportify.az-ın məlumatına görə, “şəhərlilər” 9 futbolçu transfer edib və xüsusilə yarımmüdafiəni demək olar ki, yenidən qurub.
“Çelsi”dən Enso Fernandes 145 milyon avroya, “Nottingem Forest”dən Elliot Anderson 135 milyon avroya, Fransa “Lill”indən isə 18 yaşlı Ayyub Buaddi 95 milyon avroya transfer olunub. Bu üç futbolçuya ümumilikdə 375 milyon avro ödənilib.
“Siti” bu yay Rodri, Bernardo Silva və Con Stounzla yanaşı, Ticani Reynders, Savinyo, Niko Qonzales, Natan Ake, Manuel Akanji və Ceyms Traffordla da yollarını ayırıb. Omar Marmuş isə “Tottenhem”ə icarəyə verilib.
Klubda baş məşqçi də dəyişib. Pep Qvardiolanın 10 illik fəaliyyətdən sonra ayrılmasının ardından Entso Mareska komandanın sükanı arxasına keçib.
Hücum xəttində Erlin Holann əsas fiqur olaraq qalır. Rayan Şerkinin “10 nömrə” mövqeyində oynaması, Fil Fodenin isə onun əsas rəqiblərindən biri olması gözlənilir. “Everton”dan 70 milyon avroya alınan İliman Ndiaye və “Palmeyras”dan 37,5 milyon avroya transfer edilən Allan da hücum xəttinə əlavə olunub.
Müdafiədə “Siti” böyük transfer həyata keçirməsə də, heyətdə ciddi dəyişikliklər baş verib. Ruben Dias, Yoşko Qvardiol, Mark Gehi, Abdukodir Xusanov və Vitor Reys müdafiənin əsas namizədləridir.
Qapıda isə Canluici Donnarumma əsas seçimdir. Ceyms Traffordun satılmasından sonra klub 34 yaşlı Xeronimo Rulyini də heyətinə qatıb.
Hazırda “Mançester Siti”nin mümkün əsas heyəti belə görünür:
Donnarumma – Nunyes, Dias, Qvardiol, O’Rayli – Entso Fernandes, Anderson – Semenyo, Şerki, Doku – Holann.


No Comment! Be the first one.