“Mançester Siti”ni ağır cəza gözləyir
İngiltərə Premyer Liqası “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda təqsirli bilib.
Spotify.az xəbər verir ki, İngiltərə Premyer Liqası “Mançester Siti” klubunu maliyyə qaydalarının ciddi pozuntuları ilə bağlı bütün bəndlər üzrə təqsirli bilib.
Məlumata görə, liqa klubu maliyyə qaydalarının pozulmasında ittiham edib və araşdırma nəticəsində “Mançester Siti” bütün bəndlər üzrə günahkar hesab olunub.
Qeyd edək ki, klubla bağlı yekun qərarın hansı sanksiyaları nəzərdə tutacağı hələlik açıqlanmayıb.



No Comment! Be the first one.