“Mançester Yunayted” "Sabah"la oyuna görə cərimələndi
Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted” və “Sabah” arasında keçirilən oyundakı insidentlə bağlı İngiltərə klubunu cəzalandırılıb.
Sportify.az xəbər verir ki, UEFA-nın İntizam, Etika və Nəzarət Komitəsi sentyabrın 10-da Mançesterdə keçirilən qarşılaşmada meydançaya kütləvi daxilolma faktını araşdırıb.
4:0 hesabı ilə başa çatan görüşdə “Mançester Yunayted” azarkeşlərin meydana daxil olması səbəbindən 7 500 avro məbləğində cərimələnib.
Qeyd edək ki, həmin qarşılaşmada “Sabah” İngiltərə təmsilçisinə 0:4 hesabı ilə uduzub.



No Comment! Be the first one.