"Mançester Yunayted" "Sabah"la oyundan öncə xal itirdi
“Mançester Yunayted” komandası “Sabah”la keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk tur matçından əvvəl İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, “qırmızı şeytanlar” III tur qarşılaşmasında “Everton”un qonağı olub.
Liverpul şəhərindəki “Hill Dikkinson” stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb – 2:2.
Hesabı 46-cı dəqiqədə qonaq komandanın futbolçusu Brayan Mbömo açıb. Meydan sahiblərindən Tayrik Corc 83-cü dəqiqədə bərabərlik qolunu vurub. 88-ci dəqiqədə Benyamin Şeşko yenidən qonaqları önə keçirib. Bununla belə, 90+5-ci dəqiqədə Enzli Meytlend Naylz yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, “qırmızı şeytanlar” “Everton”la səfər matçında xal itirib.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



No Comment! Be the first one.