Slider29 Oktyabr 2026 - 23:11
Related Posts
Baş Xəbər29 Oktyabr 2026 - 20:20
U-15 dünya çempionatı: Azərbaycan Vyetnama uduzdu YENİLƏNDİ
Dünya Futbolu29 Oktyabr 2026 - 20:13
Dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen Norveç yığmasının heyətində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şahmat Olimpiadasında iştirak etməyəcəyini rəsmən açıqlayıb.
Sportify.az xəbər verir ki, Karlsenin daha 2 komanda yoldaşı da sentyabrın 15-də start götürəcək yarışdan imtina edib.
Bunlar ilkin heyətə daxil edilən Aryan Tari və Jon Lüdviqdir. Nəticədə üç aparıcı şahmatçısını itirən Norveç start siyahısında 21-ci pilləyə geriləyib.
Azərbaycan millisindən isə Teymur Rəcəbov Olimpiadada oynamayacaq. O, yarışa yığmanın kapitanı kimi yollanacaq.
Digər yığmalarda əsas itkilər:
Fransa: Alireza Firuzca
ABŞ: Hikaru Nakamura, Lenyer Dominqes
İran: Pərham Maqsudlu, Pouya İdani
Azərbaycan: Teymur Rəcəbov
İngiltərə: Devid Houell
Polşa: Radoslav Voytaşek
Rumıniya: Kirill Şevçenko
Sizə daha yaxşı xidmət göstərmək və saytımızın təcrübəsini təkmilləşdirmək üçün kukilərdən (cookies) istifadə edirik. Saytdan istifadə etməyə davam edərək kukilərin istifadəsinə razılıq verirsiniz
No Comment! Be the first one.