Maxaçev titul döyüşündə qalib gəldi
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev ABŞ-nin Filadelfiya şəhərində keçirilmiş UFC 330 turnirində irlandiyalı İen Maçadoya qalib gəlib.
Sportify.az xəbər verir ki, orta ağır çəkidə titul döyüşü 5 raundadək davam edib.
Hakimlər yekdil qərar verərək, Maxaçevi qalib elan ediblər.
Bununla da 34 yaşlı idmançı peşəkar MMA döyüşlərində 29-cu qələbəsini əldə edib. Onun ümumilikdə 30 qarşılaşmada 1 məğlubiyyəti var. 28 Maçado isə döyüşlərindən 2 məğlubiyyət və 17 qələbə ilə ayrılıb.
Qeyd edək ki, İslam Maxaçev orta ağır çəkidə UFC kəmərini 2025-ci ilin noyabrında qazanıb. O, yeni çəki kateqoriyasına keçənədək yüngül çəkidə çempion idi.


No Comment! Be the first one.