Mbappe Çində qalmaqala səbəb olan sözlərinə görə üzr istəyib
“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe Çində mənfi reaksiyaya səbəb olan açıqlamalarına görə üzr istəyib.
Sportify.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkədə yayımladığı rəsmi bəyanatında müsahibə zamanı səsləndirdiyi fikirlərin düşünülməmiş olduğunu etiraf edib.
“Bu yaxınlarda verdiyim müsahibə zamanı öz təsvirimin yer aldığı bir görüntüyə reaksiya verdim. Şərhim düşünülməmiş idi və indi başa düşürəm ki, bu sözlərim Çində və dünyanın müxtəlif yerlərində yaşayan Çin icmalarında bir çox insanı incitdi.
Sözlərimdən narahat olan hər kəsdən üzr istəyirəm. Bu, qətiyyən mənim niyyətim deyildi. Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyirəm və baş verənlərə görə səmimi şəkildə təəssüf edirəm” — deyə Mbappe bildirib.
Qalmaqala futbolçunun müsahibə zamanı üzünün başqa bir şəklə montaj edildiyi satirik fotoya münasibət bildirərkən həmin görüntünü gülməli adlandırması səbəb olub. Mbappe fotodakı şəxsi “hansısa oğlan — deyəsən, çinli diktator” kimi təsvir edib.
Ehtimal olunur ki, futbolçu Mao Tszedunu nəzərdə tutub. Onun bu sözləri Çində və Çin icmalarında geniş narazılığa səbəb olub.



No Comment! Be the first one.