Messinin komandasından heç-heçə VİDEO
MLS-də “İnter Mayami” və “Sinsinnati” komandaları arasında oyun keçirilib.
Sportify.az xəbər verir ki, Mayamidəki “Nu Stadium”da baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Luis Suares Braziliya millisinin və “İnter Mayami”nin yarımmüdafiəçisi Kazemironun ötürməsindən sonra fərqlənib. Digər qolu isə braziliyalı Rikelme Filipe vurub. Ona məhsuldar ötürməni argentinalı yarımmüdafiəçi Rodriqo De Paul verib.
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi oyuna start heyətində başlayıb, lakin bu dəfə məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Qonaq komandanın qollarını isə qanalı Samuel Cidi və fransalı Kenji Mboma Dem vurub.
“İnter Mayami” MLS-də növbəti oyununu noyabrın 2-də səfərdə “Nyu-İnqlənd Revolyüşn”ə qarşı keçirəcək. “Sinsinnati” isə oktyabrın 31-də “Filadelfiya Yunion”u qəbul edəcək.



No Comment! Be the first one.