Millimiz İraqla heç-heçə etdi - YENİLƏNDİ
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib.
Sportify.az xəbər verir ki, rəqib İraqın müvafiq yaşlılarından ibarət yığması olub.
Sumqayıt şəhərindəki “SOCAR Polymer Arena”da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Qeyd edək ki, tərəflər arasında növbəti yoldaşlıq görüşü noyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 16:00-da başlanacaq.
19:00 Azərbaycan (U-20) – İraq (U-20) 0:0



No Comment! Be the first one.