Millimiz Lixtenşteynlə heç-heçə etdi - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.
Sportify.az xəbər verir ki, D Liqasının 2-ci qrupunun qarşılaşmasında rəqib Lixtenşteyn yığması olub.
Millinin cari seçmə tsikldə ilk ev matçı Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Bunadək Lixtenşteyn evdə Litvaya 0:2 hesabı ilə uduzub. Azərbaycan isə səfərdə Litva ilə heç-heçə edib – 1:1.
Hazırda milli 2 xalı üç komanda arasında 2-ci yerdə qərarlaşıb.
Rəqib isə 1 xalla sonuncudur. Qrupa 4 xalla Litva seçməsi başçılıq edir.
Ayxan Abbasovun kollektivi növbəti matçını oktyabrın 4-də evdə Litvaya qarşı keçirəcək.
—-
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.
Sportify.az xəbər verir ki, D Liqasının 2-ci qrupunun qarşılaşmasında rəqib Lixtenşteyn yığması olacaq.
Millinin cari seçmə tsikldə ilk ev matçı Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Bunadək Lixtenşteyn evdə Litvaya 0:2 hesabı ilə uduzub. Azərbaycan isə səfərdə Litva ilə heç-heçə edib – 1:1.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
1 oktyabr
20:00. Azərbaycan – Lixtenşteyn – 0:0
Baş hakim: Kristian-Petru Çioxirka
Baş hakimin köməkçiləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam
Tofiq Bəhramov adına Respublika Stadionu



No Comment! Be the first one.