Azərbaycan Omana qalib gəldi – YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Oman U-23 millisi ilə üz-üzə gəlib və rəqibini 2:1 hesabı ilə məğlub edib.
“Bank Respublika Arena”da keçirilmiş görüşdə bütün qolları meydan sahibləri vurub.
Elnur Mustafayev 10-cu dəqiqədə avtoqolla yadda qalıb. İkinci hissədə dubl edən Niyazi Osmanov Azərbaycan yığmasına qələbə qazandırıb.
Komandalar arasında növbəti yoxlama oyunu noyabrın 17-də baş tutacaq. Həmin görüş də eyni stadionda və eyni saatda keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Yoxlama oyunu
17:00. Azərbaycan U-21 – Oman U-23 – 2:1
Qollar: Niyazi Osmanov, 50, 59 – Elnur Mustafayev, 10-avtoqol



No Comment! Be the first one.