Millimiz Türkiyə ilə üz-üzə
Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi 1/8 final mərhələsində Türkiyə yığması ilə üz-üzə gələcək.
Sportify.az xəbər verir ki, qarşılaşma bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Görüş Türkiyənin İstanbul şəhərində yerləşən Sinan Erdem Spor Salonunda keçiriləcək.
Qrup mərhələsində Türkiyə A qrupunu 13 xalla 2-ci, Azərbaycan isə C qrupunu 8 xalla 3-cü pillədə başa vurub.
Avropa çempionatı
1/8 final
1 sentyabr
20:00. Türkiyə – Azərbaycan
İstanbul, Sinan Erdem Spor Salonu
CBC Sport



No Comment! Be the first one.