Millimiz Türkiyəyə rəqib oldu
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 finalında rəqibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu, Türkiyə yığmasıdır.
“Filenin sultanları” A qrupunun həlledici görüşündə Polşaya uduzub – 2:3 (25-15, 21-25, 22-25, 25-16, 10-15). Nəticədə Polşa 14 xalla qrup lideri olub.
Türkiyə isə 13 xalla 2-ci yeri tutduğu üçün C qrupunda 3-cü olan Azərbaycan millisinə rəqib olub.
Oyun avqustun 31-də İstanbulda baş tutacaq.



No Comment! Be the first one.