Millimizdən Bakıdakı dünya çempionatı ərəfəsində ən yüksək nəticə
Cüdo üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Böyük Dəbilqəni 3 medalla başa vurub.
Sportify.az xəbər verir ki, son olaraq 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Qamzatxanov fəxri kürsüyə yüksəlib.
O, üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya ipponla qalib gələrək bürünc medalın sahibi olub.

Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi 1 qızıl, 2 bürünc medalla ümumi hesabda 41 ölkə arasında 5-ci, kişilərin mübarizəsində isə 1-ci yeri tutub. Yaponiya da kişilər kateqoriyasında eyni sayda medal qazanıb, lakin Murad Muradlı (60 kq) və Nizami İmranov (66 kq) 5-ci yeri tutduğu üçün Azərbaycan hamıdan öndə yer alıb.
Qeyd edək ki, Budapeşt Böyük Dəbilqəsi 4 – 11 oktyabrda Bakıda keçiriləcək dünya çempionatından öncə son sınaq olub.



No Comment! Be the first one.