Millimizdə Aqil Nəbiyev erasına son qoyuldu - TƏHLİL
Aqil Nəbiyev Azərbaycanın 18 yaşadək (U-18) və 19 yaşadək (U-19) futbolçulardan ibarət milli komandalarının baş məşqçi vəzifəsindən kənarlaşdırılıb.
Sportify.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin onlayn formatda iclasında qərar qəbul olunub.
Qərara əsasən, U-17 yığmasında onu Emin Mustafayev əvəzləyib. Mustafayev bu təyinatadək məhz Nəbiyevin köməkçisisi kimi çalışıb.
U-18 millisinin baş məşqçi postu isə Mahmud Qurbanova tapşırılıb.
Digər yığmalara gəldikdə, U-15-in sükanı arxasına keçən Aleksandr Qross son illərədək U-16 və U-17 yığmalarında çalışıb. Qrossun əsas işi bu il Bakıda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatına millini hazırlamaqdan ibarət olacaq.
U-16 millisinin yeni baş məşqçisi Famil Xəlilov əvvəllər “Qəbələ” Futbol Akademiyasında çalışıb. O, klubun U-19 komandasının baş məşqçisi olub.
U-19 yığmasına gəldikdə, Elgiz Kərəmli yayda “Şəfa”nı tərk etdikdən sonra işsiz idi. Elə millinin sükanı da İlham Yadullayev “Ordu” komandasının baş məşqçi postuna təyin olunduqdan sonra boşalmışdı.
Qeyd edək ki, Aqil Nəbiyev 2019-cu ildən Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərində çalışırdı. O, U-16, U-17, U-18 və hətta qısa müddət ərzində U-19 yığmasının baş məşqçisi olub.



No Comment! Be the first one.