Ağırlıqqaldıranımız kiçik “bürünc” qazandı
Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində yer alan idmançı birdən qaldırma hərəkətində 123 kq çəkini ram edərək, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Təkanla qaldırmada isə o, 145 kq nəticə ilə 7-ci olub.
İki hərəkətin cəmində 268 kq nəticəyə imza atan Xappayev bu dəfə 5-ci yerlə kifayətlənib.


No Comment! Be the first one.