Millimizdən Avropa çempionatında ilk medal
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.
Sportify.az xəbər verir ki, bu, 78 kq çəki dərəcəsində çıxış edən Nəbi İsgəndərovdur.
İsgəndərov 1/4 finalda macarıstanlı Kalman Hankonu 5:0 hesabı ilə məğlub edib.
O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib
Azərbaycanın daha 3 təmsilçisi isə 1/8 finalda mübarizə aparıb. Onlardan yalnız Səidcəmşid Cəfərov (75 kq) Muksim Abdullaya (Almaniya) 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. Məhəmmədəli AŞirəliyev (60 kq) ukraynalı Aydar Abduraimova, Murad Allahverdiyev (80 kq) serbiyalı Rastko Simiçə uduzaraq, mübarizəni dayandırıb.


No Comment! Be the first one.