"Sabah"ın rəqibi 3 milyonluq futbolçusunu C komandasına göndərdi
Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti rəqibi olan Çexiyanın “Slaviya Praqa” klubu futbolçusu Divayn Tini C komandasına göndərib.
Sportify.az xəbər verir ki, 2024-cü ilin payızında İsveçin “Hammarbü” klubundan təqribən 3 milyon avroya transfer olunmuş 20 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmayıb.
Ötən mövsüm Çexiyanın digər təmsilçisi “Pardubitse”yə icarəyə verilən Tinin çıxışı uğursuz qiymətləndirilib. “Slaviya Praqa”ya qayıtdıqdan sonra isə liberiyalı futbolçu klubun gənclərdən ibarət inkişaf komandası sayılan C kollektivinə göndərilib.
Çexiyanın “iSport” nəşri Tinin münasibəti və davranışı ilə bağlı suallar yarandığını, bunun da klubun futbolçudan imtina etməyə yaxınlaşmasının səbəblərindən biri olduğunu yazıb.
Qeyd edək ki, Divayn Ti 2024-cü ildə “Hammarbü”nün heyətində İsveç çempionatında 7 oyuna çıxıb və bütün matçlarda sonradan meydana daxil olub. Tinin “Slaviya Praqa” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
“Sabah” və “Slaviya Praqa” arasında Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçı oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.