Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, yarışda Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya da təmsil olunub.
Komanda yarışında Vaqif Babayev və Şakir Qədirov ikinci, Banu İmanverdizadə və Sofiya Trofimenko isə üçüncü yerə sahib olublar.
Şəxsi mübarizədə isə Vaqif Babayev və Şakir Qədirov (U-15) bürünc medal əldə ediblər.
Qeyd edək ki, məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Türkiyəyə yollanan idmançılar avqustun 8-dən 14-dək Yalova şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.




No Comment! Be the first one.