Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisinin sentyabrın 3-də Monteneqronun paytaxtı Podqoritsada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, dörd gün davam edəcək yarışda 10 çəki dərəcəsində 14 idmançı təmsil edəcək.
Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq) qızların, Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq), Cəsur İbadlı, Mehdi Abbasov (hər ikisi 81 kq), Aslan Kotsoyev, Süleyman Şükürov (hər ikisi 90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq) oğlanların mübarizəsinə qatılacaq.
Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 44 ölkədən 226 oğlan və 184 qız olmaqla, 410 cüdoçu mübarizə aparacaq.



No Comment! Be the first one.