Millimizin baş məşqçisi: 7 medal qazanacağımızı gözləmirdim
“Təlim-məşq toplanışları və yarışlardan sonra güclü və zəif tərəflərimizi müzakirə edirik”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman deyib.
Onun sözlərinə görə, hakimliyin müzakirəsi mənasızdır, çünki qərar dəyişilmir: “Sən yüksək performans göstərməlisən. Əsas məqsəd budur”.
Trautman bildirib ki, idmançılar məyus olduqdan sonra kumikata və nevazanın vacibliyini anlayırlar: “Hansı ki, biz məşqlərdə bunun üzərində də işləyirik. Böyüklərdən ibarət komanda klassik cüdoda çətinlik yaşayır. Bunun həlli isə təhsildən keçir. Ona görə də yeni layihə həyata keçirməyə başlamışıq. Ümidvaram ki, gələcəkdə texniki məsələlərdə çətinlik çəkməyəcəyik”.
Baş məşqçi etiraf edib ki, dünya çempionatında 7 medal qazanmağı gözləmirdi: “Bəlkə də 6 medal gözləyə bilərdim. Amma 1 qızıl, 2 gümüş medal qazanmışıq, bu, yaxşı nəticədir”.


No Comment! Be the first one.