Millinin baş məşqçisi: Çətin mövsümü möhtəşəm nəticə ilə başa vurduq
“Hələ də çox həyəcanlıyam və hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Düşünürəm ki, burada həqiqətən möhtəşəm iş görmüşük. Xüsusilə də mövsüm ərzində qarşılaşdığımız çətinlikləri nəzərə alsaq, əldə etdiyimiz nəticə olduqca dəyərlidir. Zədələr, komanda dəyişiklikləri və müəyyən müddət birlikdə məşq edə bilməməyimiz işimizi daha da çətinləşdirmişdi.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin baş məşqçisi Raşa Deliç deyib.
“Dünya Kubokunda da uğurlu çıxış edərək son mərhələlərə qədər irəliləmiş və medallar uğrunda mübarizə aparmışdıq. İnanıram ki, bütün çətinliklərin öhdəsindən birlikdə gəlməyi bacardıq və bu nəticəyə layiqik. Komandadakı bütün qızlarla və kollektivimizlə fəxr edirəm. Mövsüm artıq başa çatıb və qarşıda qısa fasilə var. Uzun və çətin mövsüm oldu, lakin bunun öhdəsindən gəldik və mövsümü çox gözəl nəticə ilə başa vurduq. Gələcəkdə də oyunun ən yüksək səviyyəsində qalmaq və daha çox qızıl medal uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə mütəxəssis qeyd edib.



No Comment! Be the first one.