Millinin baş məşqçisi: "Qeyri-adi bir şey yoxdur"
Rusiya millisinin baş məşqçisi Valeri Karpin Türkiyə təmsilçisi “Qalatasaray”ın futbolçusu Aleksey Batrakovun Çempionlar Liqasındakı oyununa münasibət bildirib.
Sportify.az xəbər verir ki, Karpin “Rusiya – İdman Gücü” forumunda futbolçunun performansında qeyri-adi bir şey olmadığını qeyd edib.
“Batrakov daha bir qol vurdu. Əlbəttə ki, qeyri-adi bir şey baş vermədi. Amma Qolovindən sonra yeni bir rusiyalı oyunçunun belə bir səviyyədə oynaması da vacibdir”.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda Batrakov Fransada “Lill”ə qol vurub. Daha əvvəl isə rusiyalı yarımmüdafiəçi “Barselona”ya qarşı fərqlənmişdi.



No Comment! Be the first one.