Millinin heyəti açıqlandı
Azərbaycanın paracüdo üzrə millisi 14-16 avqust tarixlərində Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Milli Paralimpiya Komitəsindən Sportify.az-a verilən məlumata görə, yarışda kişi idmançılardan İlham Zəkiyev (J1, +95 kiloqram), Saleh Sultanov (J1, 81 kiloqram), İsmayıl Muradov (J1, 70 kiloqram) və Hüseyn İsmayılzadə (J2, 70 kiloqram), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kiloqram) və Xatirə İsmiyeva (J1, +70 kiloqram) mübarizə aparacaqlar.
Paracüdoçulara yarışda baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.



No Comment! Be the first one.