Misli Premyer Liqası: XI turun oyun cədvəli
Misli Premyer Liqasında XI turun oyun cədvəli müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
6 noyabr (cümə)
“Qarabağ” – “Turan Tovuz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00
“Neftçi” – “Kəpəz”
“Palms Sports Arena”, 20:00
7 noyabr (şənbə)
“Şəfa” – “Araz-Naxçıvan”
“SOCAR Polymer Arena”, 16:00
“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 18:30
8 noyabr (bazar)
“İmişli” – “Sumqayıt”
Yevlax şəhər stadionu, 15:00
“Sabah” – “Şamaxı”
“Dalğa Arena”, 17:30



No Comment! Be the first one.