Montelladan istefa, TFF prezidentindən villa tələb olundu - VİDEO
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu azarkeşlərin istefa şüarlarından sonra stadionu tərk edib.
Sportify.az-ın məlumatına görə, bu , UEFA Millətlər Liqasının A Liqasında Türkiyə yığmasının İtaliya ilə qarşılaşmanın fasiləsində baş verib.
Bursada keçirilən görüşdə hesabın ilk yarıda 0:3-ə çatmasından sonra tribunaların reaksiyası sərtləşib. Azarkeşlər əvvəlcə Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın istefasını tələb edən şüarlar səsləndirib.
Daha sonra etirazların ünvanı TFF rəhbərliyinə yönəlib. Tribunlardan “TFF istefa”, həmçinin Hacıosmanoğlunun ünvanına “Villa versənə, villa versənə, Hacıosmanoğlu, villa versənə” şüarları səsləndirilib. Bu şüar TFF prezidentinin milli üzvlərinə DÇ-2026-ya vəsiqə qazanmaları qarşılığında villa hədiyyə etməsinə eyham olub.
Şüarlardan sonra Hacıosmanoğlu TFF vitse-prezidenti Mecnun Otyakmazla birlikdə ilk hissə başa çatmamış stadionu tərk edib.
Qeyd edək ki, oyun İtaliya millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Türkiyə yığması ilk turda da evdə Fransaya uduzmuşdu – 0:1.
“Villa versene, Hacıosmanoğlu villa versene.” pic.twitter.com/47bTDyTTAr
— kesinliklebilal (@sadecebilalya) September 28, 2026



No Comment! Be the first one.