Məşhur güləşçi yenidən dünya çempionatında
Rusiyalı sərbəst güləşçi Abdulrəşid Sadulayev 2026-cı il dünya çempionatında iştirak hüququ uğrunda görüşdə Maqomed Kurbanova qalib gəlib.
Sportify.az xəbər verir ki, Vladikavkazda keçirilən 97 kq çəki dərəcəsindəki qarşılaşma Sadulayevin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Kurbanov 2026-cı ildə Rusiya çempionu olub. Sağlamlıq vəziyyəti ilə əlaqədar həmin yarışda iştirak etməyən Sadulayev dünya çempionatına vəsiqə uğrunda görüşdə onu üstələyib.
30 yaşlı güləşçi ikiqat Olimpiya çempionu (2016, 2020), altıqat dünya və beşqat Avropa çempionudur.
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.



No Comment! Be the first one.