Məşhur voleybolçu Azərbaycanda
Azərbaycan Yüksək Liqasında çıxış edən “Ordu” voleybol komandası növbəti transferini reallaşdırıb.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Bakı təmsilçisi Polşa voleybolunun əfsanəsi Mixal Kubyakı transfer edib.
Qeyd edək ki, Kubyak uzun illər Polşa millisinin kapitanı olub. O, 2014 və 2018-ci illərdə yığmanın heyətində dünya çempionluğunu qazanıb.


No Comment! Be the first one.