Naxçıvan klubunda dəyişiklik
Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan” əsas komandasına baş məşqçi təyin edilib.
Sportify.az xəbər verir ki, bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən Azərbaycan PremyerLiqasının 2026/2027-ci il mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.



No Comment! Be the first one.