“Neftçi SOCAR” Sea Breeze mərhələsinin 1/4 finalında
3×3 basketbol üzrə Dünya Qadın Seriyasında “Sea Breeze” mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.
Sportify.az xəbər verir ki, Azərbaycanı bu mərhələdə təmsil edən “Neftçi SOCAR” klubu ilk qrup oyununda İspaniyanın “Arrasate Ointxe” klubuna 12:10, ikinci qrup oyununda isə Çinin “Yanjinq” klubuna 21:13 hesabı ilə qalib gəlib və qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 1/4 finaldakı rəqib İspaniyanın “Madrid” klubu olacaq.



No Comment! Be the first one.