NBA əfsanəsi 86 yaşında vəfat etdi
NBA-nın Şöhrət Zalının üzvü, üçqat ilin məşqçisi və “Boston Seltiks”in heyətində 5 dəfə NBA çempionu olmuş Don Nelson 86 yaşında dünyasını dəyişib.
Sportify.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat yayıb.
Nelson bazar günü səhər yaxınlarının əhatəsində vəfat edib.
“Əziz həyat yoldaşımız, atamız, babamız və ulu babamız bazar günü səhər yaxınlarının əhatəsində dünyasını dəyişdi. Son həftə ərzində dostları və ailə üzvləri onun yanında olub, sevgilərini bölüşüb, onunla bağlı xatirələri yada salıblar”, – deyə ailənin açıqlamasında bildirilib.
Nelsonun xatirəsinə həsr olunmuş mərasim avqustun 13-də ABŞ-ın Dallas şəhərindəki Presviterian kilsəsində keçiriləcək. Onun külünün ailə üzvləri və dostları arasında səpilməsi mərasiminin tarixi daha sonra açıqlanacaq.



No Comment! Be the first one.