“Neftçi” 550-yə çatdı, “Sabah” 250-ci oyununa çıxdı
“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.
PFL-dən Sportify.az-a verilən məlumata görə, bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.
Bakı klubu Misli Premyer Liqasının VI turunda “Qəbələ”yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. “Ağ-qaralar” evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.
Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib – 1:0.
“Sabah” isə Premyer Liqada 250-ci oyununu keçirib. Bakı klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.
Paytaxt təmsilçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. “Sabah” evdə “İmişli”yə qalib gəlib – 3:1.
Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.
Qeyd edək ki, “Sabah” ilk matçını 2018-ci il avqustun 12-də səfərdə “Sumqayıt”a qarşı keçirib – 1:0.



No Comment! Be the first one.