"Neftçi" qapıçısı ilə yollarını ayırdı - RƏSMİ
“Neftçi” klubu qapıçısı Kenan Piriçlə yollarını ayırıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Kenan Piriç “Neftçi”də 29 rəsmi oyun keçirib.



No Comment! Be the first one.