"Neftçi" veteranları litvalı rəqiblərinə qalib gəldi
Bakıda Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşü keçirilib.
Sportify.az xəbər verir ki, yubiley qarşılaşmasında Azərbaycanın “Neftçi” və Litvanın “Spartak Vilnüs” komandalarının veteran futbolçuları üz-üzə gəlib.
Qarşılaşma “Neftçi”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin heyətində Vəli Qasımov 4, Mahmud Qurbanov 2, Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov hərəyə 1 qol vurub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda ilk futbol matçı da 1951-ci ildə məhz bu komandaların iştirakı ilə keçirilib. Həmin qarşılaşmada “Neftyannik” (“Neftçi”) Litva təmsilçisini 4:0 hesabı ilə məğlub edib.
“Neftçi”: Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Əli Abışov, Nadir Şükürov, Əlim Qurbanov, Kənan Kərimov, Emin Quliyev, Xəyal Mustafayev, Adaxim Niftəliyev, Adil Şükürov, Vəli Qasımov, Mahmud Qurbanov.
“Spartak”: Andryus Labrinaruçus, Marius Skinderes, Yustas Qasyunas, Gintautas Miryauskas, Deividas Kançelskis, Dainius Şirvis, Dainius Şumauskas, Mantas Babenskas, Darius Butkus, Valdas Urbanas, Vitas Yančiauskas, Dainius Gudaytis, Tautvidas Vençeviçius.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.



No Comment! Be the first one.