“Neftçi” yoxlama oyunu keçirəcək
“Neftçi” milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirəcək.
Klubdan Sportify.az-a verilən məlumata görə, komanda “Araz-Naxçıvan”la qarşılaşacaq.
Oktyabrın 2-də “Palms Sports” Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək.
Qarşılaşma media üçün qapalı olacaq.



No Comment! Be the first one.