Neymarın bərpa müddəti açıqlandı
Braziliyanın “Santos” klubunun futbolçusu Neymarın zədəsinin tam bərpasına təxminən 4-6 həftə lazım gələcək.
Sportify.az-ın xəbərinə görə, bu barədə jurnalist Qabriela Arantes Brinonun məlumat verib.
34 yaşlı hücumçu Braziliya Kubokunun 1/4 final mərhələsinin “Palmeyras”la cavab matçında (0:0) zədələnib.
“Sambaçı”nın sağ budunun düz əzələsində 2B tipli əzələ zədəsi aşkarlanıb. Neymar hazırda klubun “Rey Pele” təlim-məşq mərkəzində tibbi heyətin nəzarəti altında müalicə və reabilitasiya keçir.
Qeyd edək ki, Neymar matçdan sonra “Vila Belmiro” stadionunun ot örtüyünün keyfiyyətini də tənqid edib.
“Palmeyras” ilk görüşdə 3:0 hesablı qələbə qazandığından, iki oyunun nəticəsinə əsasən yarımfinala yüksəlib.


No Comment! Be the first one.