Nihad Əhmədzadə əvəzedicilərlə məşqə çıxdı - "Səbəbini özü bilir"
Nihad Əhmədzadə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin düşərgəsindən qayıtdıqdan sonra “Sumqayıt”ın əvəzedici heyətində məşqlərə çıxıb.
Bu barədə Sportify.az-a klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, 20 yaşlı sol cinah yarımmüdafiəçisi 7-8 oktyabrda əvəzedicilərlə iki məşqdə iştirak edib.
Əhmədzadənin əsas heyətə qaytarılıb-qaytarılmayacağına vəziyyətə uyğun olaraq qərar veriləcək.

Xudiyev gənc futbolçunun əsas komandadan kənarlaşdırılmasının heç də mətbuatda yazıldığı səbəblərlə bağlı olmadığını diqqətə çatdırıb: “Klub prezidenti Riad Rəfiyevin istəyi, Nihadın yeni müqavilə imzalamaqdan imtinası kimi iddialar həqiqətə uyğun deyil. Orada başqa səbəblər var. Baş məşqçi Filipo Kandido da həmin səbəbləri futbolçunun özünə deyib. Nə o, nə də biz bunu açıqlamaq istəmirik. Sadəcə, futbolçunun özü bilir. Yəni, futbolçunun əvəzedici heyətə göndərilməsi yeni müqavilə məsələsinə görə deyil”.
Qeyd edək ki, daha əvvəl Nihad Əhmədzadə Sportify.az-a açıqlamasında əvəzedici heyətə göndərilmə qərarının ona U-21 millisinin düşərgəsində olduğu vaxt çatdırıldığını və səbəbini kluba qayıtdıqdan sonra biləcəyini söyləyib.
Посмотреть эту публикацию в Instagram


No Comment! Be the first one.