“Sabah” “Orhus”a uduzdu – YENİLƏNDİ
“Sabah” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada “Orhus”la qarşılaşacaq.
Sportify.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək.
Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
21:10. “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) – 2:1
Qollar: Ceyms Bogere, 31; 63 – Velko Simiç, 67
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
“Randers” stadionu.



No Comment! Be the first one.