Osimhenin sevgilisi qəzaya düşdü - 3 maşına ziyan dəydi
Türkiyənin “Qalatasaray” klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin sevgilisi Stefani Kim Ladeviq avtomobil qəzasına düşüb.
Sportify.az-ın məlumatına görə, hadisə İstanbulun Kemerburqaz bölgəsində baş verib.
Modelin idarə etdiyi cip əvvəlcə qarşısında hərəkət edən yüngül ticari avtomobilə, daha sonra isə əks istiqamətdən gələn digər cipə çırpılıb.
Üç avtomobilin iştirak etdiyi qəza nəticəsində xəsarət alan olmayıb. Bununla belə, nəqliyyat vasitələrinə ziyan dəyib.
Qəza zamanı 8 aylıq hamilə olduğu bildirilən Ladeviq ehtiyat tədbiri olaraq xəstəxanaya müraciət edib. Müayinələrdən sonra onun səhhətinin yaxşı olduğu bildirilib və o, evə buraxılıb.
Qeyd edək ki, Almaniyanın paytaxtı Berlində anadan olan Stefani Kim Ladeviq model kimi fəaliyyət göstərir, sosial şəbəkələrdə moda və gözəllik mövzularında paylaşımlar edir.





No Comment! Be the first one.