Portuqaliyadan sonra İspaniya da 1/4 finalda
İspaniya yığması UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə 1/4 finala vəsiqəni vaxtından əvvəl təmin edib.
Sportify.az xəbər verir ki, A Liqasının 3-cü qrupunun 4-cü turunda Xorvatiyanı səfərdə 2:1 hesabı ilə məğlub edən pireneylilər 4 oyundan sonra 12 xal toplayaraq qrup liderliyini qoruyub.
Splitdə keçirilən görüşdə Xorvatiya İvan Perişiçin 17-ci dəqiqədə vurduğu qolla hesabı açıb. İspaniya isə Mikel Merinonun dublu ilə geri dönüş edib. 61-ci dəqiqədə hesabı bərabərləşdirən futbolçu 88-ci dəqiqədə qələbə qolunu vurub.
Xorvatiyanın heyətində Perişiç 79-cu dəqiqədə qırmızı vərəqə alıb.
Beləliklə, İspaniya qrupda ilk iki pillədən birini rəsmiləşdirərək Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib.



No Comment! Be the first one.