“Araz-Naxçıvan” - “İmişli” ilə bacarmadı - YENİLƏNDİ
Misli Premyer Liqasında ilk turun növbəti görüşü keçirilib.
Sportify.az xəbər verir ki, Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gəlib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Bununla da tərəflər hərəyə 1 xalla kifayətləniblər.
Qeyd edək ki, I turun açılış matçında “Turan Tovuz” “Qəbələ”ni məğlub edib – 1:0.——————————————
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçiriləcək.
Sportify.az xəbər verir ki, əvvəlcə meydana “Araz-Naxçıvan” və “İmişli” komandaları çıxacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 18:30-da başlayacaq.
Digər matçda isə son çempion “Sabah” “Kəpəz”i qəbul edəcək. Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.
Qeyd edək ki, mövsümün açılış matçında “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
15 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” – “İmişli”- 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu



No Comment! Be the first one.