"Neftçi" Yevlaxda "İmişli"yə qalib gəldi - YENİLƏNDİ
Misli Premyer Liqasında V turun oyunlarına bu gün start verilib.
Sportify.az xəbər verir ki, turun ilk günündə yalnız bir qarşılaşma keçirilib. “İmişli” doğma meydanda “Neftçi”ni qəbul edib.
Yevlax şəhər stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərindən 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.
Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.
Hazırda 12 xala malik “Neftçi” turnir cədvəlinə başçılıq edir. “İmişli” isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, V tur
11 sentyabr
16:30. “İmişli” – “Neftçi” – 2:3
Qollar: Bəxtiyar Həsənalızadə, 29; Azər Salahlı, 45+7 (p.) – Freddi Varqas, 11; Breno
Almeyda, 28; Qustavo Klisman, 80
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev
VAR: Emin Əliyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu.
Qeyd edək ki, V turun digər qarşılaşmaları sentyabrın 12, 13 və 14-də keçiriləcək.



No Comment! Be the first one.