Premyer Liqada 3 dəqiqəlik su fasiləsi olacaq?
Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda 3 dəqiqəlik sərinləmə fasiləsi tətbiq edilməyəcək.
Sportify.az xəbər verir ki, bu barədə UEFA-nın yeni qaydalarına əsasən qərar qəbul edilib.
AFFA nümayəndəsinin müvafiq bildirişindən sonra qarşılaşmaların gedişində futbolçular üçün 1 dəqiqəlik su fasiləsi veriləcək.
Qeyd edək ki, fasilənin verilməsi temperatur göstəricisindən asılı olaraq AFFA nümayəndəsinin qərarı və bildirişi əsasında həyata keçiriləcək.



No Comment! Be the first one.