Premyer Liqa: "Turan Tovuz"dan qələbə YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.
Sportify.az xəbər verir ki, açılış oyunu Tovuzda keçirilib. Yerli “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb.
Görüşün taleyini 1 qol həll edib. Tovuz təmsilçisinin müdafiəçisi Enrike Silva 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Beləliklə, “Turan Tovuz” yeni mövsümə qələbə, “Qəbələ” isə məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, I turun digər oyunları avqustun 15, 16 və 17-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, I tur
14 avqust (cümə)
19:30. “Turan Tovuz” – “Qəbələ” 1:0
Qol: Enrike Silva, 35
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun qalan oyunları qarşıdakı 3 gün ərzində keçiriləcək:
15 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
20:45. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”
16 avqust (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“SOCAR Polymer Arena”
21:00. “Zirə” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Zirə İdman Kompleksinin stadionu
17 avqust (bazar ertəsi)
19:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu.



No Comment! Be the first one.