"Turan Tovuz" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəldi - YENİLƏNDİ
Misli Premyer Liqasında IV turun son oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Hesabı 8-ci dəqiqədə Coni Montiel açıb. 67-ci dəqiqədə yeni transfer Renaldo Sefas ikinci qolu vurub.
Bundan 5 dəqiqə sonra Luka Dumançiç fərqi azaltsa da, 89-cu dəqiqədə Musa Qurbanlı “Qarabağ”ın üçüncü qolunu vurub.
90+3-cü dəqiqədə isə “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski hesab fərqini minimuma endirib.
Beləliklə, 3-cü oyununda da qələbə qazanan “Qarabağ” xalını 9-a çatdırıb və 3-cü pilləyə yüksəlib. Hələ də qələbə üzünə həsrət olan “Araz-Naxçıvan” isə 4 oyundan 1 xalla 11-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, III turun əvvəlki matçlarında “Qəbələ” evdə “İmişli”ni 2:1, “Sabah” “Zirə”ni 5:0, “Neftçi” “Şəfa”nı 4:1, “Turan Tovuz” “Sumqayıt”ı 2:1, “Şamaxı” isə səfərdə “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.
—————————-
Misli Premyer Liqasında IV turun daha bir oyunu Tovuz şəhər stadionunda keçirilib.
Sportify.az xəbər verir ki, “Turan Tovuz” “Sumqayıt”la görüşdə əzmkar qələbə qazanıb – 2:1.
Hesabı 9-cu dəqiqədə qonaq komandadan Ronaldo Vaskes açıb.
20-ci dəqiqədə meydan sahiblərinin legioneri Joarlem Santos bərabərlik qolunu vurub.
60-cı dəqiqədə isə Xorxe Silva qələbə topuna imza atıb. Bu, “Turan Tovuz”un öz meydanında 100-cü qolu olub.
Beləliklə, “Sumqayıt” 3-cü görüşündə ardıcıl 3-cü məğlubiyyətlə üzləşərək, sonuncu pillədə qalıb.
4-cü matçında 2-ci qələbəsini qazanan “Turan Tovuz” isə 7 xalla 4-cü mövqeyə yüksəlib.
————————————
Bu gün Misli Premyer Liqasında IV turun son oyunları keçiriləcək.
Sportify.az xəbər verir ki, qarşılaşmalar Tovuzda və Bakıda gerçəkləşəcək.
Əvvəlcə diqqətlər Tovuz şəhər stadiona yönələcək.
Mövsümə qeyri-sabit başlayan “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gələcək.
Saat 18:00-da start götürəcək qarşılaşmanı baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Hazırda “Turan Tovuz” 3 oyundan 4 xalla 6-cı yerdə gedir. Hər iki görüşünü məğlubiyyətlə başa vuran “Sumqayıt” isə yeganə xalsız komanda kimi sonuncu – 12-ci pillədə qərarlaşıb.
IV tura Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq “Qarabağ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq. Saat 20:15-də başlanacaq qarşılaşmanı baş hakim Cavid Cəlilov idarə edəcək.
Ağdam komandası 2 oyundan 6 xalla 4-cü, Naxçıvan təmsilçisi isə 3 görüşdən 1 xalla 11-ci pillədə yer alıb.
Misli Premyer Liqası
I dövrə, IV tur
6 sentyabr
20:15. “Qarabağ” – “Araz-Naxçıvan” – 3:2
Qollar: Coni Montiel, 8; Renaldo Sefas, 67; Musa Qurbanlı, 89 – Luka Dumançiç, 72; Ağadadaş
Salyanskiy, 90+3
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev
Sarı vərəqələr: Cebrail Makreçkis, 44 (qeyri-idman hərəkəti) – Rövlan Muradov, 14 (qeyri-idman hərəkəti); Mustafa Əhmədzadə, 44 (qeyri-idman hərəkəti); Mamadu Kane, 79 (qeyri-idman hərəkəti)
Tofiq Bəhramov adına Respublika stadionu, 1100 tamaşaçı
18:00. “Turan Tovuz” – “Sumqayıt” – 2:1
Qollar: Joarlem Santos, 20; Xorxe Silva, 60 – Ronaldo Vaskez, 9
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
Sarı vərəqələr: Roberto Olabe, 44 (qeyri-idman hərəkəti); Hayderson Hurtado, 72 (qeyri-idman hərəkəti); Rəhim Sadıxov, 76 (qeyri-idman hərəkəti); Aleksey Kenyaykin, 90+3 (oyunun
bərpasının ləngidilməsi) – Ronaldo Vaskez, 19 (qeyri-idman hərəkəti); Sedrik Badolo, 33
(qeyri-idman hərəkəti); Höccət Haqverdi, 45+2 (hakimin qərarına etiraz); İsa Suliman, 76
(hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Vinçenzo Çestaro, 60 (texniki zona qaydalarını
pozduğuna görə) – Vurğun Hüseynov, 36 (texniki zona qaydalarını pozduğuna görə); Şahin
Abdullayev, 60 (texniki zona qaydalarını pozduğuna görə)
Tovuz şəhər stadionu, 4200 tamaşaçı
Xatırladaq ki, III turun əvvəlki matçlarında “Qəbələ” evdə “İmişli”ni 2:1, “Sabah” “Zirə”ni 5:0, “Neftçi” “Şəfa”nı 4:1, “Şamaxı” səfərdə “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.



No Comment! Be the first one.